Təlimçilər üçün Təlim (TOT)
Təlimçilik fəlsəfəsindən təlim nəticələrinin ölçülməsinə qədər bütün proseslərlə bərabər təlimin marketinqi, maliyyə və hüquqi tərəflərinin və təlimçinin nitq, diksiya, bədən dilinin inkişafına dəstək olan tədris proqramı.
Başlama tarixi: 7 fevral, 2026
U Coaching İnstitute olaraq, Təlimçilər üçün Təlim proqramını yeni və fərqli formatda - təlimin marketinqi, maliyyə və hüquqi məqamları da daxil olmaqla, kouçinq tərzində təqdim edirik.
Bu proqram sizə təlimçilik fəlsəfəsi, təlim ehtiyaclarının müəyyən edilməsi, ehtiyaclara uyğun təlim proqramının dizayn edilməsi və keçirilməsi, təlimin təşkili prosesində marketinq, maliyyə və hüquqi tərəflərini öyrədir, təlimçi olaraq təqdimat bacarıqlarınızın inkişafına dəstək olacaq nitq, bədən dili, diksiya mövzularında nəzəri və praktiki öyrənmə mühiti təklif edir. Digər təlim proqramlarından fərqi təlimçiyə lazım olacaq əsas bacarıqların tədrisinin birlikdə olması və proqramın kouçinq tərzində hazırlanmasıdır.
U Coaching TOT Təcrübəsi:
Təlim prosesinin nəticə verməsini asanlaşdıran məqamlardan biri - Təlimin kouçinq tərzində keçirilməsi və marketinqinin olmasıdır.
Təlimlərinizə fərqli baxış bucağı qazandıra bilərsiniz.
Bu təlim kimlər üçündür?
- Öz biliyini gəlirə çevirmək istəyən sahə mütəxəssisləri
- Təlimçilik bacarıqlarını inkişaf etdirmək istəyənlər
Niyə bu təlim proqramına qoşulmaq faydalıdır?
Təlim prosesinə kouçinq yanaşması təlimçini yalnız məlumat ötürən rolunda deyil, eyni anda düşündürən, fərqindəlik yaradan, ilhamlandıran və paraleldə öyrənən roluna sahib birinə çevirir. Məqsəd – sadəcə təlimi keçmək deyil, insanlara təsir etməyi, onların potensialını açmağı və öyrənmə mühitini təcrübəyə çevirməyi öyrətməkdir. Əlavə olaraq, siz təlim prosesində paraleldə sizə lazım olacaq hüquqi və təlimin marketinqi ilə bağlı məqamları öyrənəcək,təlimçi olaraq, nitqinizin və bədən dilinizin inkişafına dəstək olacaq nəzəri, praktiki məlumatlar əldə edə və tətbiq edə biləcəksiniz.
“Ən çox öyrətməli olduğun şey, əslində özünün ən çox öyrənməyə ehtiyac duyduğundur.”
Proqram sizə nə təklif edir?
Kouçvari düşünən təlimçi kimliyi formalaşdırmağa dəstək
Azərbaycan dilində zəngin materiallar, texnika və resurs dəstəyi, təlim sxemləri
Təlimlərin online satış strategiyalarını praktiki öyrədici dərslər
Təlim prosesinin hüquqi, maliyyə tərəflərinin izahı
Təlim yaratmaq, təqdimetmə təcrübəsi, geniş rəy və dəstək auditoriyası
Təlimçinin nitq, diksiya, bədən dili və xarizmasının inkişafına dəstək
İCF kouçu ilə fərdi kouçinq sessiyası
Peşəkar təlimçi icmasına qoşulmaq
.
Təlimçilik peşəsinin rəsmi sertifikatı
Təlim Proqramı:
Təlimçilik fəlsəfəsi
təlimçilik tarixi, fəlsəfəsi, prinsip, cərəyan və prespektivləri.
Təlim proqramı və dizaynının hazırlanması
təlim ehtiyaclarının müəyyən edilməsi,təlim proqram,dizaynının hazırlanması strategiya və metodologiyası, rol oyunları, keyslərlə işləmək, moderasiya, fasiltasiya.
Təlimin keçirilməsinin incəlikləri, texniki-təşkilati əsasları
təlim keçirilməsində önəmli məqamlar, texniki-təşkilatı əsaslar, qrup dinamikasının idarəsi, nəticələrin ölçülməsi.
Təlimçi kimliyinin formalaşdırılması
təlimçinin səriştə sistemi, xarizması, kouçinq tərzində təlimçiliyin incəlikləri.
Təlimlərin sosial şəbəkədə satış strategiyaları
insanların alış-veriş davranışları psixologiyası, məzmun vasitəsilə satışın tətbiq mexanizmi.
Təlimçinin nitq və səsinin inkişafına dəstək metodları
təlimçinin nitqinin təsiretmə, yönləndirmə gücündən istifadə metodları, diksiya və səs tonunun inkişafı, səhnə intonasiyası.
Bədən dili, jest, mimikadan doğru istifadə, həyəcanın idarə olunması
effektiv çıxış üçün bədən dili, jestlərdən doğru istifadə, həyəcan və duyğuların düzgün ötürülməsi, doğru nəfəs texnikası.
Təlimçiliyin hüquqi təşkilati və maliyyə əsaslarının izahı
təlim proqramlarının patentləşdirilməsi, fiziki və hüquqi şəxs kimi fəaliyyət, müqavilələr, vergi öhdəlikləri, ödənişlərin rəsmi qəbulu.
Təlimçilər
Cəfər İbadov
Murad Mammadov
Mümtaz Xəlilzadə