Bizimlə Əlaqə Saxlayın

Edit Template

U Coaching Institute Təlimçiləri

Cəfər İbadov

Cəfər İbadov

İCF Kouçu, təlimçi

Cəfər İbadov

Cəfər İbadov ixtisasca iqtisadçı, gömrükçü, İqtisad elmləri namizədi, 10+ elmi məqalənin müəllifi, Cənab Prezident tərəfindən “3-cü dərəcəli Vətənə Xidmətə görə” Ordenlə təltif olunan istifeda olan palkovnikdir.Müxtəlif dövlət və kommersiya qurumlarında yüksək vəzifələrdə uzun illlər fəaliyyət göstərib, 30 illik əmək fəaliyyətinə malikdir. 

İCF üzvü, peşəkar kouç olan Cəfər İbadov hal hazırda təlimçikouç olaraq fəaliyyət göstərir. 1000+ nəfərə liderlik, fərqindəlik və inkişaf istiqamətlərində təlimlər keçib. U Coaching Institute, 3D Klubu, Coaching Teatr və Liderlik Klub təsisçisidir. 

O illərlə müşahidə, axtarış, dərin sualların içindən yol taparaq insan potensialının sərhədsizliyinə inanır.Həm fərdi, həm komandalarla çalışaraq, onların daxili gücünü üzə çıxarmağa, özlərini tanımağa və fəaliyyətlərini mənalı şəkildə yönləndirməyə dəstək olur. Onun əsas ixtisaslaşma sahəsi biznes kouçinqi, performans dəstəyi, liderlik inkişafıdır.

Fəridə Fərəcova

Fəridə Fərəcova

Təlimçi - psixoloq

Fəridə Fərəcova

Fəridə Fərəcova təlimçilik, psixologiya və insan resurslarının inkişafı sahəsində 10 ildən artıq peşəkar təcrübəyə malik təlimçi-psixoloqdur. O, 2014-cü ildən etibarən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində insan resursları və təlim istiqaməti üzrə çalışmış, hazırda isə ASAN İnnovativ İnkişaf Mərkəzində fəaliyyətini davam etdirir. Bu müddət ərzində “ASAN xidmət”in əməkdaşları üçün dövlət qulluqçularının etik davranış qaydaları, işgüzar etiket, emosional zəka, effektiv ünsiyyət bacarıqları, korporativ mədəniyyət, vətəndaş məmnunluğunun təmin edilməsi, “Təlimçilər üçün təlim” və digər mövzularda 800-dən artıq peşəkar təlimlər keçmişdir.

 Fəridə Fərəcova Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqoji fəaliyyət göstərərək tələbələrə semestr üzrə dərslər keçmiş, müəllim kimi çalışmışdır. O, dövlət və özəl sektor üzrə geniş təlim təcrübəsinə malikdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, KOBİA, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, eləcə də digər dövlət və özəl təşkilatlar və ali təhsil müəssisələri üçün peşəkar təlimlər keçmişdir. Fəridə Fərəcova yerli və beynəlxalq təlim və sertifikat proqramlarında mütəmadi iştirak edərək peşəkar bacarıqlarını davamlı şəkildə inkişaf etdirmişdir. Türkiyə və Azərbaycanda təşkil olunan təlim və inkişaf sistemlərinin qurulması, təlim ehtiyaclarının təhlili və psixodiaqnostika sahələrində çoxsaylı ixtisasartırma proqramlarını uğurla tamamlamışdır.

Gültəkin Əliyeva

Gültəkin Əliyeva

Mühasib, maliyyə mütəxəssisi, təlimçi

Gültəkin Əliyeva

Sahəsində 10+ illik peşəkar təcrübəyə malikdir. O, müxtəlif şirkətlərdə mühasib və maliyyə mütəxəssisi kimi fəaliyyət göstərərək real biznes mühitində dərin praktiki biliklər qazanmışdır.

0-dan mühasibatlıq, sahibkarlar üçün vergi bəyannamələrinin hazırlanması, eləcə də                  yeni biznesini quranlar üçün maliyyə idarəetməsi mövzularında xüsusi hazırlanmış tədris proqramları üzrə kurs və seminarlar təşkil etmişdir. Təlimlər real iş təcrübəsinə əsaslanan, praktik və nəticəyönümlü yanaşma üzərində qurulmuşdur.

Bu günə qədər 1000+  təlim və seminar, 2300+ tələbə ilə işləyərək mühasibatlıq və maliyyə sahəsində yüzlərlə mütəxəssisin yetişməsinə töhfə vermişdir.

Hal hazırda təsisçisi olduğu Mühasib Akademiyasında fəaliyyətini davam etdirir, mühasiblərin və sahibkarların peşəkar inkişafına dəstək olur.

Murad Məmmədov

Murad Məmmədov

Video məzmun yaradıcısı, təlimçi

Murad Məmmədov

Murad Məmmədov 2011-ci ildən təlimçi olaraq, fəaliyyət göstərir. Artıq 11 ildir, özünü inkişaf mövzusunda mütəxəssis olaraq seminar və təlimlər təşkil edir. 

2010-cu ildən “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi İctimai Birliyində baş təlimçi və əlillik mövzusu üzrə ekspert kimi fəaliyyət göstərir.

2013-cü ildən UNİCEF Azerbaijan əlillik bağlı fəaliyyət layihələrinin fəal iştirakçısı, British Council Azerbaijan könüllü üzvüdür və Azərbaycanı, gəncliyini sosial və xüsusən də əlillik mövzusu üzrə xarici dövlətlərdə keçirilən konfrans və seminarlarda təmsil edir.

“Mu art” əl işləri aksesuar brendinin yaradıcı və aktiv video məzmun yaradıcısıdır.

Təlimçilik fəlsəfəsindən təlim nəticələrinin ölçülməsinə qədər bütün proseslərlə bərabər təlimin marketinqi, maliyyə və hüquqi tərəflərinin və təlimçinin nitq, diksiya, bədən dilinin inkişafına dəstək olan tədris proqramı.

Başlanma tarixi: 7 fevral 2026

U  Dönüşünüzdə Partnyor Bələdçiniz.


© 2026 U Coaching Institute |  Bütün hüquqlar Qorunur | Hazırladı: NaheedPix

error: Bu məzmun qorunur və icazəsiz istifadəsi qadağandır!!!