Bugün “doğru” sandığımız, amma əslində limitləyici olan düşüncə tərzlərindən danışmaq istəyirəm. Xidmətçi şüur ilə master şüur arasındakı fərqlərdən biri məhz buradadır. Xidmətçi şüur, limitdəyici düşüncə ilə bağlıdır — bu düşüncə insanın inkişafına, azadlığına mane olur.
Limitdəyici düşüncənin əsas xüsusiyyətləri:
Kollektiv şüuraltının təsiri: Karl Yunqun dediyi kimi, kollektiv şüuraltı irsi və cəmiyyətə məxsus beyin strukturudur. Bu, fərdi şüuraltından daha dərin və təsirlidir. Məsələn, “diplom zəruridir”, “toya getməmək ayıbdır” kimi inanclar buradan gəlir.
Çeşidləmə: Hər şeyi “yaxşı” və “pis” olaraq bölmək. İnsan və hadisələri mühakimə etməyə, qiymətləndirməyə məcbur edən məhdudlaşdırıcı çərçivədir.
Mühakimə etmək: Başqalarını qiymətləndirmək və “şahidlik etmək” tələsi. Bu, insanın üzərinə götürə bilməyəcəyi ağır məsuliyyətlər yaradır.
Qorxu: Qorxu, sevgi və yaradıcı enerjini məhdudlaşdırır. Özgüvən çatışmazlığı deyil, qorxuları düzgün tanımaq və qəbul etmək lazımdır.
Asılılıq: Azadlığın kənar həddi. İnsan, mühitin hüquqları və öz azadlığını balansda saxlamalıdır.
Pozitivizm niyə tələyə çevrilir?
Uzun illərdir ki, “pozitiv düşünmək”, “pozitiv həyat” və “pozitivizmin” təbliği mövcuddur. Amma bu yanaşma insanı özündən uzaqlaşdırır. Pozitiv olmaq iddiası, insanın bütün duyğularını – kədərini, ağrısını, acısını – görməməzlikdən gəlməkdir. Halbuki insan bütün bu hisslərlə bütündür. Ac körpənin gülümsəməsi və ağlaması bir yerdə olur.
Pozitivlik cəhdi:
Hissləri ört-basdır edir və insanı özünə yadlaşdırır.
Mürəkkəb çoxölçülü intellekti bloklayır, analitik təhlili zəiflədir.
İnsanları “toksik” saydıqları insanlardan, düşüncələrdən qaçmağa sövq edir.
Gerçəkliklə barışmamaq, özünü aldamaqdır.
Yalnız xoşbəxtlik siqnallarını qəbul etmək uzun müddətdə böyük təəssüf və motivasiya çatışmazlığı yaradır.
Netvörkinq və sosial tədbirlərdə səmimiyyətdən uzaq, süni davranışlara yol açır.
Master şüur necə fərqlənir?
Master şüur hisslərdən qaçmır, onları bütöv şəkildə yaşayır və buraxır. Kədər və sevinc bir bütündür; onları ayırmaq, çeşidləmək limitdəyici düşüncədir. Hissləri yaşamaq ilə onları ifadə etmək ayrı anlayışdır və bu mövzuda da ayrıca söhbətimiz olacaq.
Nəticə
Pozitivizm tələsi insanın həyatını daraldır, onu bütöv yaşamasına mane olur. Həyatın tam zövqü isə həm gülməkdə, həm də ağlamaqda, hər anı tam qəbul etməkdədir.
Mikayıl Müşfiqin də dediyi kimi:
“Həyat həm gülməkdir, həm ağlamaqdır.”