By Jafar IbaDOV
U Coaching Institute Fərdi Kouçinq Sessiyaları Komanda Kouçinqi Təlimlər və Seminarlar Psixometrik Testlər Mentorluq
Potensialınızı kəşf edin, liderliyinizi gücləndirin.
Fərdi və korporativ inkişaf üçün peşəkar kouçinq və təlim xidmətləri.




Biz kimik?
Biz insan potensialının reallaşması, əlaqələrin dərinləşməsi və öyrənmənin yaradıcı yollarla təşviq olunması üçün fəaliyyət göstəririk. Təlim, kouçinq, sənət və icma ruhunu bir araya gətirərək həm fərdi, həm də təşkilati inkişafı dəstəkləyirik
Məzmunumuz
Hər bir insanın və komandanın həyatında böhranlar və durğunluq anları olur. Belə anlarda “U dönüşü” — qəti dönüş nöqtəsində yeni yola cəsarətlə atılan addıma dəstək almaq çox önəmlidir.
U Coaching Institute olaraq biz...
fərdlərin və komandaların etibarlı və peşəkar partnyoru olmağı seçirik. Missiyamız onların daxili potensialını kəşf etmək, yeni imkanlar açmaq və davamlı inkişaf yolunda irəliləmələrinə kömək etməkdir.
Gələcək viziyamız
Azərbaycanda və regionda insanların və təşkilatların “U dönüşü” olmaq, kouçinq və təlim mədəniyyətini yaymaq, eləcə də innovativ və etibarlı platformalar vasitəsilə daha geniş auditoriyaya çatmaqdır. Biz inanırıq ki, hər dönüş yeni hədəflərə çatmaq üçün şansdır — və bu yolda U Coaching Institute güvənilən tərəfdaşdır.

Fərdi Kouçinq Sessiyaları
Məqsəd və inkişaf hədəflərinə yönəlmiş şəxsi kouçinq dəstəyi. Dərin düşüncə və özünü kəşf etmə üçün sual əsaslı yanaşma.
Komanda Kouçinqi
Komanda içində dəstək, paylaşım və ortaq məqsəd üzərində iş. Qrup dinamizmini və liderlik bacarıqlarını artırmaq.
Təlimlər və Seminarlar
İnteraktiv dərslər, praktiki məşğələlər və real iş situasiyaları üzərində rol oyunları ilə bilik və bacarıqların inkişafı.
Psixometrik Testlər
Güclü və inkişaf etdirilməli sahələrin müəyyən olunması üçün alətlər. Proqramların fərdiləşdirilməsi üçün əsas baza.
Əks-əlaqə və Monitorinq
İnkişaf prosesinin izlənməsi, proqramların təkmilləşdirilməsi və nəticələrin qiymətləndirilməsi.
Mentorluq və Dəstək Qrupları
Təcrübəli mentorlarla əməkdaşlıq və iştirakçılar üçün dəstək və paylaşım platforması.
Biz fərdi şəxslərin və korporativ komandaların potensialını maksimum səviyyədə açmaq üçün peşəkar kouçinq, təlim və şəxsi inkişaf proqramları təqdim edirik. Məqsədimiz müştərilərimizin liderlik, idarəetmə, özünəkouçinq, təlimçilik, emosional intellekt, kouçinq tərzində idarəetmə, biznes etikası, kommunikasiya və performans bacarıqlaårını inkişaf etdirərək iş və şəxsi həyatlarında uğur qazanmalarına dəstək olmaqdır.
Fərdi və korporativ inkişaf sahəsində etibarlı və innovativ tərəfdaş olmaq, müştərilərimizin dəyişən ehtiyaclarına uyğun qabaqcıl təlim və kouçinq həlləri təqdim etməklə, onların davamlı inkişaf və uğur yolunda ilham mənbəyi olmaq.
- Biz insanlara müştəri kimi deyil, birgə fəaliyyət göstərən partnyor kimi yanaşırıq. Ona görə də sadəcə kouçinq xidməti göstərmirik, həm də özünəkouçinq üzrə baza biliklərini təqdim edirik.
- Bizim unikal tərəfimiz odur ki, kouçinq və təlim proseslərində fərdin daxili gücünü və resurslarını kəşf etməklə yanaşı, onu davamlı olaraq özünü idarə etməyə və inkişaf etdirməyə hazırlayırıq.
- Kouçinq və təlim proseslərimizdə dürüstlük, hörmət və etik dəyərlər əsasdır.
- Davamlı inkişaf və yaradıcılıq insanın həyat və iş keyfiyyətini artırır.
- İnsan mərkəzli yanaşma ilə fərdlər və komandalar yeni hədəflərə çatır.
FAQ
Ən çox verilən suallar:

Uzun illərin təcrübəsinə əsasən əminliklə deyə bilərəm ki, müasir dünyamızda insanlar doğrudan da böyük potensiala sahibdirlər, amma metod, istiqamət, resurs axtarırlar. Mən isə kouçinqin bu ehtiyaclara cavab verdiyinə qəti inanıram. Ona görə U Coaching Institute-u yaratdım — çünki bu, təkcə bu günün deyil, gələcəyin də yaşama tərzidir.”
“U” mənim üçün sadəcə bir hərf deyil. O, həm you – sən deməkdir, həm də U-turn – həyatdakı tərs dönüş deməkdir. Eyni zamanda unique – yəni hər bir insanın özünəməxsusluğu və unlock – daxilimizdəki potensialı açmaq mənasını da daşıyır.
Coaching Institute ideyası da məhz mənim şəxsi dönüş nöqtəmdən doğdu. Bir səhər – bazar ertəsi günü avtomobillə gedirdim. Qarşımdakı iki seçim arasında qalmışdım: biri bildiyim, rahat, amma inkişafsız həyat tərzinin davamı idi… digəri isə qeyri-müəyyən, amma inkişaf və dəyişikliklə dolu yeni bir yol.
Elə bu düşüncələrlə gedərkən birdən gözüm yol kənarındakı bir nişana sataşdı – U dönüşü işarəsi. O anda sanki kainat mənə dedi: “Hələ gec deyil. Dön və öz yolunu seç.”
Mən döndüm. Və həmin gündən bu yana inkişafa gedən yolum hələ də davam edir.
Məhz buna görə institutun adında “U” var. Çünki bu institut sənin üçündür:
- Unique – çünki sən təkrarsızsan,
- Unlock – çünki içindəki gücü açmaq mümkündür,
- U-turn – çünki istənilən an həyatını dəyişmək mümkündür.
U Coaching Institute – sənin dönüş nöqtən üçün buradadır.
U Coaching Institute-un fərqi təkcə nə etdiyində deyil, necə etdiyindədir.
- Transformativ yanaşma: Biz kouçinqi texniki bacarıqların öyrədilməsi kimi deyil, düşüncə tərzinin dəyişdirilməsi kimi görürük. Bu institutda kouçinq – daxili dönüş və özünə qayıdış prosesidir.
- U modelimiz: Adımızdakı "U" bir modelə çevrilib – Unique (unikallıq), Unlock (potensialın açılması), U-turn (dönüş nöqtəsi). Bu yanaşma hər bir şəxsin fərdi yoluna uyğun olaraq tətbiq olunur.
- Həm həyat, həm də iş üçün: Biz kouçinqi yalnız karyera və performans üçün deyil, həyatın özü üçün faydalı bir üslub kimi təqdim edirik. Liderlərdən tutmuş gənclərə qədər hər kəs üçün praktik və uyğun metodlar tətbiq edirik.
- İnteqrativ metodologiya: Klassik kouçinq texnikaları ilə yanaşı, emosional intellekt, düşüncə transformasiyası və özünüdərk texnikalarını birləşdiririk.
- İnsani və dərin əlaqə: Bizim kouçlarımız sadəcə sual verən deyil – həqiqi dinləyən, müşahidə edən və insanın potensialına inanan tərəfdaşlardır.
- Dəstək mədəniyyəti: Burada təkcə kouçinq sessiyaları keçirilmir. Burada insanlar özlərini tanıdıqları, rahat hiss etdikləri və inkişaf etdikləri bir icmanın parçasına çevrilirlər.
- İnstititutun nəzdində 3D Klubu netvörkinq icması və Kouçinq Teatrı da fəaliyyət göstərirlər ki, bu da prosesə kompleks və dəyərlə yanaşmağımızın təzahürüdür.
Rəqəmlərlə U Coaching
Hər uğurun arxasında məqsədyönlü kouçinq və real dönüşüm dayanır.
U Coaching Institute
Prinsiplərimiz:
Supplied directly pleasant we ignorant ecstatic of jointure so if. These spoke house of we. Ask put yet excuse person see change. Do inhabiting no stimulated.
Hər kəsin içində bir “kouç” var.
İnsanlar artıq “kənardan nə etməliyəm?” cavabını deyil, öz içlərindən necə yön ala biləcəklərini öyrənmək istəyirlər. Biz xidmət və təlimlərdə yalnız kouçinq edib, təlim vermirik, həm də özünəkouçinqin əsas qaydalarını və özünöyrənməni tədris edirik.
Mühakimə yox, maraq inkişafa aparır.
Müasir tərəqqipərvər həyat hökm verməyi yox, soruşmağı və anlamanı əsas tutur. Bizim auditoriya “haqlılıq axtarışı” yerinə kəşf etmə marağı ilə hərəkət etməyi öyrənirlər.
Fəaliyyət zamandan önəmlidir.
Zamanın idarəsi yox, fəaliyyətin idarəsi vacibdir. Biz auditoriyaya zamanın nə qədər keçməsindən çox, nə etdiyin və necə etdiyin vacibdir mesajını hər addımda ötürük.
Hər bir fərd unikal və peşəkar yanaşmaya layiqdir.
Hər iştirakçının həyat təcrübəsi, düşüncə tərzi və öyrənmə ehtiyacı fərqlidir. U Coaching Institute bu müxtəlifliyi nəzərə alaraq, həm fərdi, həm də peşəkar səviyyədə dərin və diqqətli yanaşma sərgiləyir.
Təlim
İş Həyatında Kouçinq Tərzi
8 saatlıq intensiv və transformativ canlı təlim
Tarix: 31 avqust, 2025 | Saat 10:00
Bu təlim, sizə yalnız kouçinq bacarıqları deyil, həm də daxili liderliyinizi necə aktivləşdirəcəyinizi öyrədir. Güclü suallar verməyi, aktiv dinləməyi və iş mühitində kouçinq yanaşmasını tətbiq etməyi öyrənərək həm şəxsi, həm də peşəkar həyatınızda fərq yaratmağa başlayın.

U Coaching Institute Təlim Modeli
UCI olaraq biz inanırıq ki, öyrənmə yalnız məlumat qəbulu deyil, daxili aydınlıq və dönüş prosesidir. Bu səbəbdən təlimlərimizi klassik “tədris” modelindən fərqli olaraq aşağıdakı prinsiplərlə dizayn edirik:
Blog Yazıları
Həyat Dizaynı: Şüurlu Seçimlərin Gücü
Kouçinq, özünü kəşf və məqsədli həyatla bağlı yazılar – düşüncəni dəyişdirən və həyat keyfiyyətini yüksəldən fikirlər burada.
- Bütün Yazılar
- Həqiqət və İlluziya
- İş və Karyera
- Kouçinq
- Şəxsi İnkişaf

Keçmişdə baş verənlərə görə peşman olmaq, gələcəkdən qorxmaq bizi indi gördüyümüz işə diqqətimizi cəmləməkdən uzaqlaşdırır. Bu zaman biz özümüzü, başqalarını,...

İntellekt mövzusu həmişə insanları düşündürüb və düşündürəcək. Amma ilk öncə intellekt və intellektuallıq anlayışlarını aydınlaşdırmaq lazımdır. Bu, informasiyanın qəbulu zamanı...

Bugün hər kəs həyatda nəyisə çözməyə çalışır — bəziləri dərin fikrə dalır, bəziləri kiçik detallara fokuslanır, bəziləri isə böyük şəkilə...

Hər bir insan daha yaxşı nəticə, daha çox qazanc və inkişaf istəyir. Görünən o ki, fəaliyyətimiz çox mürəkkəbdir, amma əslində...

Bütün problemləri tək bir reseptlə həll etmək mümkün olsaydı, həyat çox asan olardı. Amma həyatın mənası onun rəngarəngliyindədir. Problemlərin həlli...

İşin fəlsəfəsinin üç əsas məqamı var: Fəlsəfə sənin istiqamətini və viziyanı müəyyən edir; Səni ixtisaslaşdırır və seçdiyin sahənin peşəkarına çevirir;...