Bizimlə Əlaqə Saxlayın

Edit Template

Liderlik haqqında düşüncələrim

Liderlik — sosial nüfuzetmə prosesidir. Bu proses üçün 3 əsas şərt var:

Hər kəsin öz liderlik zonası var. İnsan yalnız öz sahəsində, öz liderlik zonasında lider ola bilər. Başqa sahələrdə isə liderə uyğunlaşmaq məcburiyyətindədir.

Obyekt və subyektin ortaq məqsəd paylaşması zəruridir. Liderlik üçün müştərək motiv, yəni birgə məqsəd vacibdir.

Liderlik xüsusiyyətlərini rəhbərlik xüsusiyyətlərindən ayırmaq lazımdır. Əks halda idarəçi özünü lider, lider isə idarəçi kimi qəbul edər.

Uşaqlıq oyunuma nəzər salış və liderlik dərsləri
6-7 yaşlarımda şahmat, nərd və dominonun elementləri ilə yaratdığım uşaq oyunu mənə liderlik və strategiya barədə dəyərli dərslər verdi:

Heç vaxt “heç vaxt demə!” – vəziyyətlər dəyişə bilər.

Müşahidə, məntiq və analiz vacibdir, amma hissiyat və intuisiya da önəmlidir.

Ağ və qara yoxdur – hər şey dəyişkəndir, neytral yanaşma vacibdir.

Hər kəsin liderlik edəcəyi öz sahəsi var, və bu sahə həmişə başqaları üzərində liderlik etmək deyil.

Bu dərsləri anlamam zaman aldı, amma onlar mənə güclü müşahidə və analiz qabiliyyətləri aşıladı.

Liderlik nədir və nəyə görə vacibdir?
Liderlik idarəçilikdən fərqlidir. Liderlik — ortaq məqsədlər ətrafında sosial nüfuz vasitəsilə insanları yönəltməkdir.

İdarəçilər iki tipdir:

Nəql edənlər — əvvəl görür, sonra inanır, ötürür (az riskli, aşağı dividendlər).

Nağıl yaradanlar — əvvəl inanır, sonra ötürür, axırda görür (riskli, yüksək dividendlər). Nağıl yaradanlar liderlik etmək şansına malikdirlər.

İdarəçi fundamental məsuliyyət daşıyır və texniki biliklərə sahib olmalıdır, amma lider idarəçi deyil.

Liderin əsas xüsusiyyətləri: 

Fərqli yanaşmaq 

İcmallaşdırmaq (bütünü hissələrə bölmək və ya hissələrdən bütünü yaratmaq)

İnanmaq (düşüncə, duyğu və davranışların təməli)

İnandırmaq (ideyanı yaymaq)

Emosiyaları idarə etmək

Master bacarıqlara sahib olmaq (sərt və yumşaq bacarıqların üstündə duran yüksək səviyyə)

İcmanı, özünü və ideyanı qeydsiz-şərtsiz sevmək

Liderlik həyatın hər sahəsindədir
Hər kəs öz liderlik zonasında lider ola bilər.

Liderlik yalnız biznesdə rəhbərlik etmək deyil.

Özünə liderlik edə bilməyən başqasına da lider ola bilməz.

Liderlik zonanı kəşf etmək önəmlidir
Bacardığın işi sev və sevdiyin işi bacar.

Vizyon, missiya, fəlsəfə və prinsipləri dərk etmədən məntiqi yanaşma ilə davam etmək qeyri-sabitlik yaradır.

Uğur üçün məntiqdən asılılığı azaltmaq və master bacarıqlara, liderliyə fokuslanmaq lazımdır.

Əvvəlki Məqalə
Sonrakı Məqalə

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

U Coaching Institute

Biz insan potensialının reallaşması, əlaqələrin dərinləşməsi və öyrənmənin yaradıcı yollarla təşviq olunması üçün fəaliyyət göstəririk. Təlim, kouçinq, sənət və icma ruhunu bir araya gətirərək həm fərdi, həm də təşkilati inkişafı dəstəkləyirik

Təlimlər

Ən Son Məqalələr

  • All Post
  • Həqiqət və İlluziya
  • İş və Karyera
  • Kouçinq
  • Şəxsi İnkişaf

İş Həyatında Daxili Liderliyi Kəşf Edin!

İş Həyatında Kouçinq Tərzi ilə Yeni Liderlik Modeli

Kouçinq fəlsəfəsini öyrən, özünü kəşf et və həyatına liderlik et. Artıq gözləmə – dəyişiklik səninlə başlayır.

Tarix: 31 avqust 2025 | Saat: 10:00

U  Dönüşünüzdə Partnyor Bələdçiniz.

Şirkət

Kouçinq Xidmətləri

Keçidlər

Kouçluq Teatrı

Hüquqi Məlumatlar

Məxfilik Siyasəti

İstifadə Şərtləri

Hüquqi Qeyd


© 2025 U Coaching Institute |  Bütün hüquqlar Qorunur | Hazırladı: NaheedPix