Bizimlə Əlaqə Saxlayın

Edit Template

Konfliktlərin idarə olunması

Təlimin məqsədi iştirakçılara münaqişələri kouçinq metodologiyası ilə təhlil etmək və destruktiv gərginliyi konstruktiv əməkdaşlığa çevirmək bacarıqlarını aşılamaqdır.

 20 fevral 2026, 19:00 – 21:00

U Coaching Institute olaraq, münaqişələrin idarə olunması proqramını yalnız nəzəriyyə deyil, həm də kouçinq fəlsəfəsinə əsaslanan praktiki həllər formatında təqdim edirik.

Bu proqram sizə emosional intellektin idarə olunması, münaqişə tərəfləri ilə effektiv dialoqun qurulması və gərginliyin strateji idarəetmə vasitəsilə aradan qaldırılmasını öyrədir. Digər proqramlardan fərqimiz, hər bir münaqişəyə inkişaf üçün bir fürsət kimi yanaşmağımız və bu prosesi kouçinq alətləri ilə dəstəkləməyimizdir.

Bu təlim kimlər üçündür?

   

  • Liderlər və Menecerlər: Komanda daxili sağlam mühit yaratmaq istəyən rəhbərlər üçün
  •  HR Mütəxəssisləri: Korporativ mədəniyyəti qorumaq və daxili münaqişələri peşəkar şəkildə həll etmək istəyənlər üçün
  • Digər Peşəkar Mütəxəssislər: Mürəkkəb iş mühitində çalışan və münasibətləri idarə etmək məsuliyyəti daşıyan mütəxəssislər üçün.

Niyə bu təlim proqramına qoşulmaq faydalıdır?

Bu təlim iştirakçılara aşağıdakı üstünlükləri qazandırır:


Emosional dayanıqlılığın artırılması: Gərgin anlarda soyuqqanlılığı qorumaq;


Strateji həll modelləri: İş mühitindəki gərginliyi azaltmaq üçün sistemli yanaşma;


Effektiv kommunikasiya: Sağlam və davamlı işgüzar münasibətlərin bərqərar edilməsi.

“Heç bir iki fərd eyni gözlənti və arzulara malik olmadığı üçün, münaqişə başqaları ilə münasibətlərimizin təbii bir hissəsidir.” — Kenneth W. Thomas & Ralph H. Kilmann 

Təlim Proqramı:

Təlimçi

Cəfər İbadov — 30 illik peşəkar təcrübəyə sahib beynəlxalq dərəcəli biznes kouç və təlimçidir.
1996-cı ildən bəri fərdi və komandalarla çalışan Cəfər bəy, kouçinq sahəsində dünyanın aparıcı sertifikatlarına malikdir.

O, U Coaching Institute-un təsisçisi və rəhbəri olaraq, karyera, biznes və performans kouçinqi üzrə yüksək keyfiyyətli təlim və kouçinq proqramları həyata keçirir.

ICF Level 2 sertifikatlı kouç olaraq, insan potensialını üzə çıxarmaq, məqsədyönlü nəticələrə nail olmaq və liderlik bacarıqlarını inkişaf etdirmək sahəsində zəngin təcrübəyə malikdir.

Təcrübəsi və yanaşması ilə Cəfər İbadov bu sahədə güvənilən adlardan biridir.

Cəfər İbadov indiyədək 3000-dən artıq insanla çalışıb — onların hər biri şəxsi və peşəkar həyatında dönüş nöqtəsinə imza atıb.
Bu insanlar artıq öz güclərinin fərqindədir, məqsədlərinə aydınlıq gətirib və sevdikləri işlə fərq yaratmağın ilhamını yaşayırlar.

Sıra sizdədir.

Edit Template

Konfliktlərin idarə olunması 20 fevral 2026

Təlimin Standart Qiyməti

20 AZN

Təlimin Başlamasına qalan vaxt

Gün
Saat
Dəqiqə
Saniyə

Təlimə yazılmaq üçün formu doldurun:


Təlimçilik fəlsəfəsindən təlim nəticələrinin ölçülməsinə qədər bütün proseslərlə bərabər təlimin marketinqi, maliyyə və hüquqi tərəflərinin və təlimçinin nitq, diksiya, bədən dilinin inkişafına dəstək olan tədris proqramı.

Başlanma tarixi: 7 fevral 2026

U  Dönüşünüzdə Partnyor Bələdçiniz.


© 2026 U Coaching Institute |  Bütün hüquqlar Qorunur | Hazırladı: NaheedPix

error: Bu məzmun qorunur və icazəsiz istifadəsi qadağandır!!!