Bizimlə Əlaqə Saxlayın

Edit Template

İşin Fəlsəfəsi: İşinizi Sevməyin Sirri

Fəaliyyət insanın ayrılmaz hissəsidir. Hər cəmiyyətin əsas hərəkətverici qüvvəsi — əmək, yəni fəaliyyət və ya müasir dildə biznesdir. Biznes təkcə qazanc vasitəsi deyil, həm də özünüifadə yoludur. Amma çox insan var ki, sevmədiyi işə gedib-gəlir, ürəksiz şəkildə vaxt sərf edir. Digərləri isə sevdikləri işi edir. Bəs fərq nədir?

Fərdi amillər – iş şəraiti, qazanc, kollektiv – kimi görünə bilər. Amma əsl səbəb bunlar deyil. Əsas məsələ işin fəlsəfəsini anlamaqdır. Öz işinin fəlsəfəsini dərk edən onu sevər, anlamayan isə yox.

“Fəlsəfə” dedikdə, Aristotel və Sokratın mürəkkəb ideyaları nəzərdə tutulmur. Burada söhbət fəaliyyətinizin mənasından gedir. İşin fəlsəfəsi bəzən bir cümlə ilə, bəzən isə uzun yazı ilə ifadə oluna bilər. Əsas isə onun dəyişməz və dərin olmasıdır.

İşinizdə qarşılaşdığınız yeni ideyalar fəlsəfənizə uyğun deyilsə, onlardan imtina etmək üçün cəsarətiniz olmalıdır. Fəlsəfə dəyişməzdir — işinizə uyğunlaşmalı, əksinə deyil.

Niyə fəlsəfə yazmaq vacibdir?

Fəlsəfə istiqamətinizi müəyyən edir və sizi daim yeni ideyaların dalınca qaçmaqdan qoruyur;

Uzun müddətli istiqamət insanı peşəkarlaşdırır, yarımçıq işlərdən qoruyur;

Fəlsəfə daxili resurslarınızı üzə çıxarır və onları effektiv istifadə etməyə kömək edir.

Fəlsəfəni yazmaq esse deyil. O, dərin düşüncə, dəyərlər, daxili güc və viziyanın aydın formalaşmasıdır. Bu, şəxsi konstitusiyanızdır — ruhunuzun və məqsədlərinizin ifadəsi.

Yadda saxlayın, həyat bir fəlsəfədir. Həyatın fəlsəfəsini dərk edənlər, işdən və həyatlarından həqiqətən zövq alır.

Sonrakı Məqalə

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

U Coaching Institute

Biz insan potensialının reallaşması, əlaqələrin dərinləşməsi və öyrənmənin yaradıcı yollarla təşviq olunması üçün fəaliyyət göstəririk. Təlim, kouçinq, sənət və icma ruhunu bir araya gətirərək həm fərdi, həm də təşkilati inkişafı dəstəkləyirik

Təlimlər

Ən Son Məqalələr

  • All Post
  • Həqiqət və İlluziya
  • İş və Karyera
  • Kouçinq
  • Liderlik
  • Şəxsi İnkişaf

İş Həyatında Daxili Liderliyi Kəşf Edin!

İş Həyatında Kouçinq Tərzi ilə Yeni Liderlik Modeli

Kouçinq fəlsəfəsini öyrən, özünü kəşf et və həyatına liderlik et. Artıq gözləmə – dəyişiklik səninlə başlayır.

Tarix: 31 avqust 2025 | Saat: 10:00

U  Dönüşünüzdə Partnyor Bələdçiniz.

Şirkət

Kouçinq Xidmətləri

Keçidlər

Kouçluq Teatrı

Hüquqi Məlumatlar

Məxfilik Siyasəti

İstifadə Şərtləri

Hüquqi Qeyd


© 2025 U Coaching Institute |  Bütün hüquqlar Qorunur | Hazırladı: NaheedPix