İş mühitində effektiv ünsiyyət bacarıqları
Proqramın əsas hədəfi iştirakçıların gündəlik iş prosesində qarşılaşdıqları real situasiyalarda ünsiyyət qabiliyyətlərini təkmilləşdirmək, yarana biləcək anlaşılmazlıqları aradan qaldırmaq və işgüzar münasibətləri daha effektiv qurmaqdır.
19 fevral 2026, 19:00 – 21:00
U Coaching Institute olaraq, effektiv ünsiyyət proqramını yalnız nəzəriyyə deyil, tamamilə real iş ssenariləri və praktikalar formatında təqdim edirik.
Bu proqram sizə iş mühitində özünüzü daha inamlı ifadə etməyi, çətin ünsiyyət vəziyyətlərini peşəkar şəkildə idarə etməyi və tərəfdaşlar arasında etibar yaratmağı öyrədir. Digər proqramlardan fərqimiz, maksimum praktika və real korporativ vəziyyətlərin simulyasiyası vasitəsilə bacarıqların dərhal tətbiqini hədəfləməyimizdir.
Bu təlim kimlər üçündür?
- Gənc mütəxəssislər: Karyerasına yeni başlayan və iş dünyasında öz yerini möhkəmləndirmək istəyənlər üçün.
- Korporativ sektorun əməkdaşları: Ofis mühitində çalışan və peşəkar ünsiyyət mədəniyyətini inkişaf etdirmək istəyən mütəxəssislər üçün.
- İnkişafa açıq hər kəs: Ünsiyyət bacarıqlarını yeni səviyyəyə daşımaq və effektiv işgüzar münasibətlər qurmaq niyyəti olanlar üçün.
Təlim iştirakçılara hansı üstünlükləri qazandıracaq ?
- İş mühitində özünü düzgün və inamlı ifadə etmə
- Komanda daxilində peşəkar ünsiyyət mühitinin formalaşdırılması
- Çətin ünsiyyət vəziyyətlərini effektiv idarə etmə
- Aktiv dinləmə, düzgün sualvermə və işgüzar münasibətlərdə etibarın artması
Təlimçi
Fəridə Fərəcova təlimçilik, psixologiya və insan resurslarının inkişafı sahəsində 10 ildən artıq peşəkar təcrübəyə malik təlimçi-psixoloqdur. O, 2014-cü ildən etibarən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində insan resursları və təlim istiqaməti üzrə çalışmış, hazırda isə ASAN İnnovativ İnkişaf Mərkəzində fəaliyyətini davam etdirir. Bu müddət ərzində “ASAN xidmət”in əməkdaşları üçün dövlət qulluqçularının etik davranış qaydaları, işgüzar etiket, emosional zəka, effektiv ünsiyyət bacarıqları, korporativ mədəniyyət, vətəndaş məmnunluğunun təmin edilməsi, “Təlimçilər üçün təlim” və digər mövzularda 800-dən artıq peşəkar təlimlər keçmişdir.O, müxtəlif dövlət və özəl sektor üzrə geniş təlim təcrübəsinə malikdir. peşəkar təlimlər keçmişdir.
Fəridə Fərəcova yerli və beynəlxalq təlim və sertifikat proqramlarında mütəmadi iştirak edərək peşəkar bacarıqlarını davamlı şəkildə inkişaf etdirmişdir. Türkiyə və Azərbaycanda təşkil olunan təlim və inkişaf sistemlərinin qurulması, təlim ehtiyaclarının təhlili və psixodiaqnostika sahələrində çoxsaylı ixtisasartırma proqramlarını uğurla tamamlamışdır.