#Təlim
İş həyatında Kouçinq Tərzi Təlimi
İş və şəxsi həyat balansını qorumaq, güclü suallar vasitəsilə özünüinkişafı təşviq etmək və məqsədyönlü iş mühiti yaratmaq üçün kouçinq metodları.
31 avqust 2025, Saat 10:00


U Coaching Dəyişim Təcrübəsi:
İş Həyatında Daxili Liderliyi Kəşf Edin!
İş Həyatında Kouçinq Tərzi ilə Yeni Liderlik Modeli
Ən yaxşı rəhbərlər başqalarını idarə etmirlər – onlar insanlara özlərini kəşf etməyə yol göstərirlər.
U Coaching Institute-un təqdim etdiyi bu transformativ təlim proqramı sizə sadəcə bacarıqlar qazandırmır – sizi öz daxili liderliyinizlə tanış edir. “İş Həyatında Kouçinq Tərzi” təlimi, peşəkar fəaliyyətinizdə daha dərin təsir yaratmaq üçün liderlik, motivasiya və əməkdaşlıq üslubunuzu kökündən dəyişir.
Bu təcrübə yalnız bir təlim deyil — bu, sizin özünüzlə və başqaları ilə münasibətinizdə dönüş nöqtəsi olacaq.


Bu təlim kimlər üçündür?
Əgər siz…
Komanda lideri və ya rəhbər mövqeyindəsinizsə,
İnsan resursları sahəsində çalışırsınızsa,
Biznes sahibi və ya sahibkarsınızsa,
Və ya sadəcə karyeranızda kouçinq tərzi ilə fərq yaratmaq istəyirsinizsə…
bu proqram sizi yeni bir liderlik keyfiyyəti ilə tanış edəcək.
Təlimin məqsədi
- İş mühitində kouçinq prinsiplərini tətbiq etməklə, iştirakçıların rəhbərlik, motivasiya və əməkdaşlıq bacarıqlarını artırmaq, komanda performansını yüksəltmək və iş həyatında yeni liderlik yanaşmaları formalaşdırmaq.
- İştirakçıların özünü və mühiti daha effektiv idarə etməyi, kouçinq tərzində fəaliyyət, ünsiyyət, düşünmə, sualvermə və liderliketmə bacarıqlarını inkişaf etdirmək.
Niyə Bu Təlimə Ehtiyacınız Var?
Bugünkü sürətli və kompleks iş dünyasında uğurlu olmaq üçün sadəcə bilik kifayət etmir — insanları başa düşmək, dinləmək və ruhlandırmaq bacarığına ehtiyac var.
“Əməkdaşlar idarə olunmaq istəmir. Onlar eşidilmək, dəyərli olmaq və ilham almaq istəyirlər.”
• Müasir iş dünyasında komanda işi və çevik idarəetmə daha vacibdir • Rəhbərlərin kouçinq tərzi ilə işləməsi əməkdaşların motivasiyasını və sadiqliyini artırır.
• Effektiv kommunikasiya və fokus idarəetməsi iş performansını yüksəldirş

Təlim niyə vacibdir?
Gələcəyin liderləri komanda ruhunu oyadan, çevik düşünən, motivasiya yaradan və fokuslu ünsiyyətlə fərq yaradanlardır.
Komanda ruhu uğurun əsasını təşkil edir
Müasir iş dünyasında fərdi nəticələr deyil, komandaların birgə uğuru qalib gəlir. Güclü komanda işinə əsaslanan liderlik isə müsbət nəticələrə aparır.
Çevik idarəetmə dəyişən mühitə uyğunlaşmanı təmin edir
Gələcəyin liderləri sabitlik axtarmır – onlar dəyişən şərtlərə çevik şəkildə uyğunlaşmağı bacarırlar. Bu təlim sizi belə çevikliyə hazırlayır.
Kouçinq tərzində rəhbərlik motivasiya və bağlılıq yaradır
Əməkdaşlar idarə olunmaq deyil, ilham almaq istəyirlər. Kouçinq yanaşması isə onların daxili motivasiyasını oyadır, təşkilata bağlılığı artırır.
Effektiv ünsiyyət və diqqət idarəçiliyi performansı yüksəldir
Dəqiq dinləmək, düzgün suallar vermək və diqqəti strateji hədəflərə yönəltmək — bunlar məhsuldar iş mühitinin təməlidir.
Bu Təlimi Aldıqdan Sonra Siz...
Bu təlimi tamamladıqdan sonra sadəcə rəhbər yox, insanların inkişafına yön verən ilhamverici bir lider olacaqsınız:
Kouçinq tərzi ilə liderlik etməyi bacaracaqsınız
İnsanları istiqamətləndirməyi, onların daxili potensialını üzə çıxarmağı və komandanızı güclü vizyonla birləşdirməyi öyrənmiş olacaqsınız.
Komanda daxilində motivasiya və əməkdaşlıq mühiti quracaqsınız
Komanda üzvlərinin özlərini dəyərli hiss etdiyi, açıq ünsiyyətə əsaslanan bir iş mədəniyyətinə liderlik edəcəksiniz.
Vaxtı və diqqətinizi daha məqsədyönlü idarə edəcəksiniz
Prioritetləri düzgün müəyyənləşdirərək, enerjinizi real nəticələrə yönləndirməyi gündəlik vərdişə çevirəcəksiniz.
Emosional sabitlik və streslə effektiv mübarizə bacarığı qazanacaqsınız
Duyğularınızı daha yaxşı idarə edəcək, kritik vəziyyətlərdə sakit və balanslı qərarlar verməyi bacaracaqsınız.
Özünüzlə effektiv işləməyi və neytrallaşdırma texnikalarını mənimsəyəcəksiniz
Çətin situasiyalarda obyektiv düşünməyi, daxili gücünüzü hərəkətə gətirməyi və özünüzə yol göstərməyi öyrənəcəksiniz.
Daha təsirli və dərin kommunikasiya bacarıqları ilə fərqlənəcəksiniz
Dəqiq dinləmək, düzgün suallar vermək və diqqəti strateji hədəflərə yönəltmək — bunlar məhsuldar iş mühitinin təməlidir.
Təlimin Unikallığı Nədədir?
Kouçinqə fərqli baxış: iştirakçı yönümlü, praktiki və beynəlxalq standartlara əsaslanan bir öyrənmə təcrübəsi
Partnyorluq əsaslı yanaşma
Təlim boyunca iştirakçılar müşahidəçi deyil, aktiv tərəfdaş kimi prosesə daxil olurlar. Hər bir iştirakçı ilə qarşılıqlı etimada əsaslanan əməkdaşlıq mühiti qurulur.
Özünəkouçinq bacarıqlarının inkişafı
Proqram yalnız başqalarına kouçinq etməyi deyil, eyni zamanda özünüzə kouçinq etmə bacarıqlarını da öyrədir. Bu, davamlı şəxsi inkişaf və daxili liderlik üçün mühüm addımdır.
Praktik və interaktiv öyrənmə metodu
Təlim nəzəriyyə ilə məhdudlaşmır — real iş həyatından götürülmüş nümunələr, tapşırıqlar və simulyasiyalar vasitəsilə praktiki bacarıqlar formalaşdırılır.
Beynəlxalq standartlara uyğun proqram
U Coaching Institute tərəfindən hazırlanmış bu proqram, dünya üzrə qəbul olunmuş kouçinq metodologiyalarına əsaslanır və peşəkar inkişaf üçün etibarlı struktur təqdim edir.
Təlim Prosesi Necə Gedir?
Hər mərhələsi real həyatla əlaqəli, praktik və inkişafyönümlü bir öyrənmə prosesi.
Teoriyanın qısa təqdimatı
Əsas anlayışlar və metodların aydın şəkildə izahı.
Praktiki qrup işləri və tapşırıqlar
Öyrəndiklərinizi dərhal tətbiq edəcəyiniz interaktiv fəaliyyətlər.
Real iş nümunələrinin təhlili
Həyatdan götürülmüş situasiyalar üzərində düşünmək və nəticələr çıxarmaq.
Fərdi və qrup üzərində kouçinq təcrübələri
Həm fərdi, həm də qrup şəklində canlı kouçinq praktikası.
Daimi əks əlaqə və dəstək
Zənginləşdirici geribildirim və fasiləsiz öyrənmə imkanı.

Təlim Proqramı: Dəyişikliyə aparan
7 Modul
Real bacarıqlar, dərindən düşünülmüş mərhələlər və tətbiqə yönəlmiş təlim planı.
Hər modul sizi yalnız biliklə deyil, baxış bucağınızla da dəyişəcək. Bu, sadəcə bir təlim deyil – bu, özünüzü və iş mühitinizi yenidən dizayn etmək fürsətidir.
Təlimdən sonra həyat necə dəyişir?
Təlimə qatılanların real təcrübələri və dəyişən həyat hekayələri. Onlar danışır, sən qərar verirsən.
Cəfər İbadovla tanış olun

Cəfər İbadov — 29 illik peşəkar təcrübəyə sahib beynəlxalq dərəcəli biznes kouç və təlimçidir.
1996-cı ildən bəri fərdi və komandalarla çalışan Cəfər bəy, kouçinq sahəsində dünyanın aparıcı sertifikatlarına malikdir.
O, U Coaching Institute-un təsisçisi və rəhbəri olaraq, karyera, biznes və performans kouçinqi üzrə yüksək keyfiyyətli təlim və kouçinq proqramları həyata keçirir.
ICF Level 2 sertifikatlı kouç olaraq, insan potensialını üzə çıxarmaq, məqsədyönlü nəticələrə nail olmaq və liderlik bacarıqlarını inkişaf etdirmək sahəsində zəngin təcrübəyə malikdir.
Təcrübəsi və yanaşması ilə Cəfər İbadov bu sahədə güvənilən adlardan biridir.
Cəfər İbadov indiyədək 3000-dən artıq insanla çalışıb — onların hər biri şəxsi və peşəkar həyatında dönüş nöqtəsinə imza atıb.
Bu insanlar artıq öz güclərinin fərqindədir, məqsədlərinə aydınlıq gətirib və sevdikləri işlə fərq yaratmağın ilhamını yaşayırlar.
Sıra sizdədir.
İş həyatında Kouçinq Tərzi Təlimi 31 avqust 2025 | Saat: 10:00
Təlimin Standart Qiyməti
250 AZN
Erkən Qeydiyyat Qiyməti (11 avqusta qədər)
200 AZN
Təlimin Premium Paketi
Təlim + ICF Kouçu ilə Fərdi Kouçinq Sessiyası
320 AZN
Erkən Qeydiyyat Qiyməti (11 avqusta qədər)
270 AZN
Təlimin Başlamasına qalan vaxt
Təlimə yazılmaq üçün formu doldurun:
U Coaching Institute
MƏLUMAT XARAKTERLİ QEYD
Təqdim olunan kouçinq xidmətləri, metodlar və təlimlər maarifləndirici və şəxsi inkişaf məqsədi daşıyır. Onlar heç bir halda psixoloji və ya tibbi vəziyyətlərin diaqnozu, müalicəsi, sağaldılması və ya qarşısının alınması üçün nəzərdə tutulmayıb. Burada təqdim edilən məlumatlar yalnız ümumi təhsil və fərdi inkişaf məqsədi daşıyır və peşəkar psixoloji və ya tibbi məsləhətlərin alternativi kimi qəbul edilməməlidir. Əgər ciddi emosional çətinliklər və ya davamlı klinik narahatlıqlarınız varsa, müvafiq ixtisasa malik səhiyyə mütəxəssisinə müraciət etməyiniz tövsiyə olunur.