İlk addım - Startap və Sahibkarlığa yeni başlayanlar üçün maliyyə və vergi təlimi
Bu təlim startapçılar və yeni sahibkarlar üçün biznesi düzgün qurmaq, maliyyə və hüquqi riskləri idarə etməyi öyrədir.
11 mart 2026, 17:00 – 20:00
U Coaching Institute olaraq, startap və sahibkarlığa yeni başlayanların işlərini asanlaşdıracaq vergi və maliyyə mövzularında önəmli məqamlar olan təlim təqdim edirik.
Bu təlim kimlər üçündür?
- Startap qurmağı planlayanlar
- Yeni sahibkarlığa başlayanlar
Təlim iştirakçılara hansı üstünlükləri qazandıracaq ?
- Vergi sistemi ilə bağlı vacib məqamlar
- Maliyyə və hüquqi məsələlərin həlli
- Biznesi təhlükəsiz böyütmək
Təlimçi
Gültəkin Əliyeva sahəsində 10+ illik peşəkar təcrübəyə malikdir. O, müxtəlif şirkətlərdə mühasib və maliyyə mütəxəssisi kimi fəaliyyət göstərərək real biznes mühitində dərin praktiki biliklər qazanmışdır. 0-dan mühasibatlıq, sahibkarlar üçün vergi bəyannamələrinin hazırlanması, eləcə də yeni biznesini quranlar üçün maliyyə idarəetməsi mövzularında xüsusi hazırlanmış tədris proqramları üzrə kurs və seminarlar təşkil etmişdir. Təlimlər real iş təcrübəsinə əsaslanan, praktik və nəticəyönümlü yanaşma üzərində qurulmuşdur.Bu günə qədər 1000+ təlim və seminar, 2300+ tələbə ilə işləyərək mühasibatlıq və maliyyə sahəsində yüzlərlə mütəxəssisin yetişməsinə töhfə vermişdir.
Hal hazırda təsisçisi olduğu Mühasib Akademiyasında fəaliyyətini davam etdirir, mühasiblərin və sahibkarların peşəkar inkişafına dəstək olur.