U Coaching Institute Təsisçisi
CƏFƏR İBADOV
ICF Kouçu və Təlimçi
“Kouçinq mənim üçün sual vermək deyil – insanın daxili gücünü oyatmaqdır.”

Təsisçi
Cəfər İbadov
Cəfər İbadov insan potensialının sərhədsizliyinə inanan, illərin müşahidə, axtarış və dərin suallarının içindən yol tapmış bir kouç və təlimçidir. O, həm fərdi, həm də komandalarla çalışaraq onların daxili gücünü üzə çıxarmağa, özlərini tanımağa və fəaliyyətlərini mənalı şəkildə yönləndirməyə dəstək olur. Onun əsas ixtisaslaşma sahələri biznes kouçinqi, performans dəstəyi və liderlik inkişafıdır.
İllərlə davam edən şəxsi axtarış və öyrənmə yolu onu kouçinq sahəsində dərin bir bağlılıqla çalışmağa vadar edib. Onun fikrincə, kouçinq sadəcə suallar vermək deyil — insanın özünə qayıtması, öz gücünü və istiqamətini xatırlamasıdır. O, fəaliyyətində “insanı özünə xatırlatmaq” missiyasını daşıyır.
Cəfər İbadov kouçinq prosesinə bir yol yoldaşlığı kimi yanaşır. O, “Kouçinqdə mən yox, biz varıq” prinsipi ilə çalışır — hər bir kouçinq qarşılıqlı əməkdaşlıq, güvən və dərin partnyorluq münasibəti üzərində qurulur.
O, ICF (International Coaching Federation) çərçivəsində fəaliyyət göstərir və əsas məqsədi – kouçinqin dərin məzmununu daha geniş auditoriyalara çatdırmaq, təlimçiləri və kouçları yetişdirmək və onların yoluna işıq salmaqdır.
Şəxsi inkişaf yolunda Cəfər daim mütaliə edir, dəyərlərini yenidən nəzərdən keçirir və kouçinq sahəsində daim dərinləşir. Onun baxışına görə, inkişaf sadəcə vaxtla deyil, fəaliyyətdən doğur. Buna görə də müştərilərinə zaman deyil, anlamlı nəticələr yaratmağın yollarını öyrədir.
5 il sonra o, yalnız fərdi kouç deyil, həm də fərqindəlikli təlimçilər və kouçlar yetişdirən, onların potensialını işıqlandıran bir lider kimi fəaliyyət göstərməyi qarşısına məqsəd qoyub. Onun arzusu – təhsil sistemində fərqindəlik əsaslı inkişafın yer alması və yeni nəsillərin daha dərin, düşüncəli, empatik böyüməsidir.
Cəfər İbadov üçün kouçinq — sadəcə öyrətmək deyil, insana özünü xatırlatmaqdır. Bu iz, onun həyatda buraxmaq istədiyi ən dəyərli imzadır.

FAQ
Haqqımda bəzi suallar
Yolların içindən cığır açan cəsarətli və şən bələdçiyəm.
Dəyərlər bizim inkişaf istiqamətlərimizdir və bu hər zaman yenilənməyə məruz qalır. Prinsiplər isə demək olar ki, dəyişməzdir və mənim bütün fəaliyyətimin qoruyucu xətlərini – keyfiyyət, unikallıq və dərinliyi ehtiva edir.
Mən uzun illər ərzində güc axtarırdım. Bu çox dərin, daxili güc idi. Nəhayət onu kouçinqdə tapdım. Kouçinq insanın gücünü özünə xatırladan peşədir.
Kouçinqin dərin məzmununu dünyaya aça bilmək.
İxtisaslaşmağım biznes və performans kouçluğudur, buna görə də peşəkar fəaliyyətin dəstəklənməsini sevirəm.
Heç vaxt, çünki kouçinqdə mən yox, biz varıq. Kouçinq dərin partyorluqdur.
Kouçinq sahəsi üzrə dərinləşmə, öz dəyərlərimi mütəmadi olaraq təftiş etmək və əlbətdə ki, mütaliə.
5 il sonra təlimçiləri və kouçları yetişdirən, onların yoluna işıq salan biri kimi özümü görürəm. İstəyirəm izim bu cür qalsın: “O, sadəcə öyrətmirdi — insanı özünə xatırladırdı.”
Ən böyük arzum orta məktəblərdə fərqinbdəlik təlimlərinin daxil edilməsi və keyfiyyətlə tədrisidir. Cəmiyyət gələn nəsillərin üzərində bərqərar olur və fərqindəlikli bir nəsil bir millətin parlaq gələcəyi deməkdir. Qlobal bir miqyasda isə bu – bir qədər utopic görsənsə də - daha gözəl dünya deməkdir.