Bizimlə Əlaqə Saxlayın

Edit Template

Anda Qalmaq Nədir?

Keçmişdə baş verənlərə görə peşman olmaq, gələcəkdən qorxmaq bizi indi gördüyümüz işə diqqətimizi cəmləməkdən uzaqlaşdırır. Bu zaman biz özümüzü, başqalarını, ya da mühiti günahlandırmağa başlayırıq. Lakin məsuliyyətin ünvanını müzakirə etmək problemlərimizi həll etmir. Həll anda qalmaq bacarığında yatır.

Anda qalmaq nədir?
Anda qalmaq sadəcə anın zövqünü yaşamaq deyil. Bu, insanın öz fərqindəliyini — yəni düşüncə, duyğu və davranışı — eyni anda və indi hiss etməsidir. Yəni, sən keçmişdə olanları indi təkrar-təkrar yaşamaq yerinə, o anın fərqində olursan.

Misal üçün, İnci işdə gərgin vəziyyətdən 7 saat sonra bu vəziyyətlə bağlı fərqindəlik hiss etdikdə, o andakı düşüncəsi, duyğusu və davranışı eyni olmaya bilər. Əsl anda qalmaq isə bu üçü arasında uyğunluğu təmin etməkdir.

Niyə anda qalmaq populyardır?
Keçmişi günahlandırmaq və gələcəkdən qorxmaq problemləri artırır.

Fokuslana bilməmək gündəlik həyatımızda çətinlik yaradır.

Keçmiş travmalarımıza, məsələn, valideynlərdən aldığımız təsirlərə görə illərlə məsuliyyəti başqalarının üzərinə atmaq yerinə, indi öz seçimlərimizlə necə yaşadığımızı qəbul etmək vacibdir.

Qismət və Seçim
Uzun illər “qismət” və “seçim” mövzusunu araşdırdıqdan sonra gəldim ki, qismət — həyatımızda almamız gərəkən dərslərdir, seçim isə o dərsləri necə və nə vaxt almağımızdır. Anda qalmaq — bu dərsləri və seçimləri indiki anda tam dərk etməkdir.

Anda qalmağın gündəlik həyatda əhəmiyyəti
Gözlərlə ətrafı diqqətlə izləmək,

Hərəkətlərimizi, davranışlarımızı düşünərək etmək,

Hər anın fərqində olmaq.

Sosial məsafə, lift davranışları, yol hərəkəti qaydalarına diqqət — hamısı anda qalmağın praktik nümunələridir.

Master Bacarıqlar və Anda Qalmaq
Anda qalmaq bir peşəkar, master bacarıqdır. Bu, pafoslu sözlər və mistik texnikalar deyil, enerjini dərketmə və idarə etmə sənətidir. Master bacarıqlar gündəlik vərdişlərdə belə ustalıq tələb edir.

Əvvəlki Məqalə
Sonrakı Məqalə

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

U Coaching Institute

Biz insan potensialının reallaşması, əlaqələrin dərinləşməsi və öyrənmənin yaradıcı yollarla təşviq olunması üçün fəaliyyət göstəririk. Təlim, kouçinq, sənət və icma ruhunu bir araya gətirərək həm fərdi, həm də təşkilati inkişafı dəstəkləyirik

Təlimlər

Ən Son Məqalələr

  • All Post
  • Həqiqət və İlluziya
  • İş və Karyera
  • Kouçinq
  • Liderlik
  • Şəxsi İnkişaf

İş Həyatında Daxili Liderliyi Kəşf Edin!

İş Həyatında Kouçinq Tərzi ilə Yeni Liderlik Modeli

Kouçinq fəlsəfəsini öyrən, özünü kəşf et və həyatına liderlik et. Artıq gözləmə – dəyişiklik səninlə başlayır.

Tarix: 31 avqust 2025 | Saat: 10:00

U  Dönüşünüzdə Partnyor Bələdçiniz.

Şirkət

Kouçinq Xidmətləri

Keçidlər

Kouçluq Teatrı

Hüquqi Məlumatlar

Məxfilik Siyasəti

İstifadə Şərtləri

Hüquqi Qeyd


© 2025 U Coaching Institute |  Bütün hüquqlar Qorunur | Hazırladı: NaheedPix