Zamanın idarə olunması
Klassik metodlardan kənar zaman və məhsuldarlıq anlayışına yeni baxış bucağı yaradan vebinar.
Tarix : 17 fevral 20:00 – 21:00, 2026
U Coaching Institute olaraq, zaman və məhsuldarlıq anlayışına yenidən nəzər yetirərək enerji və fokusu doğru yönləndirməyə dəstək oluruq.
Bu təlim kimlər üçündür?
- Klassik metodların artıq işə yaramadığını görən rəhbərlər, sahibkarlar
- Məhsuldarlığını yeni bir səviyyəyə daşımaq istəyən mütəxəssislər üçün.
Bu təlimin hansı faydaları var?
- Zamanı deyil, daxili resursları idarə edərək tükənmənin qarşısının alınması;
- Diqqətin dağınıqlığından “dərin iş” fazasına keçid;
- Çox işləmək və dəqiqələrlə oynamaq deyil, düzgün nöqtəyə toxunaraq nəticələr əldə etmək bacarığı.
Təlimçi
Cəfər İbadov — 30 illik peşəkar təcrübəyə sahib beynəlxalq dərəcəli biznes kouç və təlimçidir.
1996-cı ildən bəri fərdi və komandalarla çalışan Cəfər bəy, kouçinq sahəsində dünyanın aparıcı sertifikatlarına malikdir.
O, U Coaching Institute-un təsisçisi və rəhbəri olaraq, karyera, biznes və performans kouçinqi üzrə yüksək keyfiyyətli təlim və kouçinq proqramları həyata keçirir.
ICF Level 2 sertifikatlı kouç olaraq, insan potensialını üzə çıxarmaq, məqsədyönlü nəticələrə nail olmaq və liderlik bacarıqlarını inkişaf etdirmək sahəsində zəngin təcrübəyə malikdir.
Təcrübəsi və yanaşması ilə Cəfər İbadov bu sahədə güvənilən adlardan biridir.
Cəfər İbadov indiyədək 3000-dən artıq insanla çalışıb — onların hər biri şəxsi və peşəkar həyatında dönüş nöqtəsinə imza atıb.
Bu insanlar artıq öz güclərinin fərqindədir, məqsədlərinə aydınlıq gətirib və sevdikləri işlə fərq yaratmağın ilhamını yaşayırlar.
Sıra sizdədir.