Master Kvant Bacarıqları
Şəxsin xaosun içində itməməsinə, həyatın sükanını əlinə almasına dəstək olan, fərqindəlik səviyyəsini yüksəldən 7 həftəlik dərin transformasiya proqramıdır.
Başlama tarixi: 21 fevral, 2026
U Coaching Institute olaraq, şəxsin inkişafına onu özünükouçinq alətləri ilə tanış edərək fərqindəlik səviyyəsini yüksəldərək dəstək oluruq.
Bu təlim kimlər üçündür?
- Həyatını təsadüflərə deyil, öz seçimlərinə həvalə etmək istəyənlər;
- İşində və həyatında sadəcə çox çalışmaqla deyil, öz seçimlərinə həvalə etmək istəyənlər
- “Niyə hər şey təkrar olunur?” sualına cavab tapıb, o dairədən çıxmaq istəyənlər;
- Zehnindəki səs-küyü susdurub, həyatın ona verdiyi mesajları anlamaq istəyənlər;
- Həyat ssenarisini başqalarının istəkləri ilə deyil, öz həqiqəti ilə yazmağa hazır olanlar;
- İnsanlara daha dərindən təsir etmək və onlara yol göstərmək istəyən peşəkarlar, kouçlar, psixoloqlar, mentorlar, sahibklarlar, menecerlər, liderlər.
Niyə Bu Təlim?
Həqiqi fərqləndirici güc: Sizi istənilən mühitdə önə çıxaracaq qeyri-standart metodlar;
Praktiki yanaşma: Real keyslər və dərhal tətbiq oluna bilən unikal texnikalar;
Təlim ərzində transformasiya: Müəllif metodologiyası ilə köhnə düşüncə tərzini ehmalca “sökür”, özümüzü “sıfırlayır” və yeni “Master Kvant” kimliyində inkişaf edirik.
Master Kvant Bacarıqları təlimi illüziyalara uymadan öz həyat ssenarini yazmağı öyrədir.
Proqrama nələr daxildir?
İCF Kouçu ilə fərdi kouçinq sessiyası
5 canlı təlim
2 onlayn təlim
1 onlayn praktika
1 həftəlik xüsusi marafon
.
Təntənəli bağlanış
Təlim Proqramı:
Həqiqət və illüziya
"Qurban" rolundan çıxın və həyatınızın "müəllifi" olun.
Kvant Mexanizmi
Hadisələrin təsadüfi olmadığını sezmək və düz xətt məntiqini sındırmaq.
Bağışlama bacarığl
Keçmiş yüklərindən azad olub , indi və bundan sonraya fokuslanmaq
Neytral zona
Ruh, zehin və bədən harmoniyası
Mesajları oxumaq
Emosional intellektlə hadisələrin pərdəarxasını görmək
Özünəkouçinq
Müxtəlif həyat situasiyalarında özünün kouçu olmaq
Master Həyat Strategiyası
Yeni kimlik, üstün dəyərlər, prinsiplə, missiya və "Həyat Konstitusiyası"nın tərtibi.
Təlimçi
Cəfər İbadov — 29 illik peşəkar təcrübəyə sahib beynəlxalq dərəcəli biznes kouç və təlimçidir.
1996-cı ildən bəri fərdi və komandalarla çalışan Cəfər bəy, kouçinq sahəsində dünyanın aparıcı sertifikatlarına malikdir.
O, U Coaching Institute-un təsisçisi və rəhbəri olaraq, karyera, biznes və performans kouçinqi üzrə yüksək keyfiyyətli təlim və kouçinq proqramları həyata keçirir.
ICF Level 2 sertifikatlı kouç olaraq, insan potensialını üzə çıxarmaq, məqsədyönlü nəticələrə nail olmaq və liderlik bacarıqlarını inkişaf etdirmək sahəsində zəngin təcrübəyə malikdir.
Təcrübəsi və yanaşması ilə Cəfər İbadov bu sahədə güvənilən adlardan biridir.
Cəfər İbadov indiyədək 3000-dən artıq insanla çalışıb — onların hər biri şəxsi və peşəkar həyatında dönüş nöqtəsinə imza atıb.
Bu insanlar artıq öz güclərinin fərqindədir, məqsədlərinə aydınlıq gətirib və sevdikləri işlə fərq yaratmağın ilhamını yaşayırlar.
Sıra sizdədir.