Beynəlxalq Təlimçilər
üçün Təlim
CPD Proqramı
4-cü təlim qrupu
International TOT – CPD Programme
Təlimçilik fəlsəfəsindən təlim nəticələrinin ölçülməsinə qədər bütün proseslərlə bərabər təlimin marketinqi, maliyyə və hüquqi tərəflərinin və təlimçinin nitq, diksiya, bədən dilinin inkişafına dəstək olan tədris proqramı.
Başlama tarixi: 7 noyabr 2026
Dərs qrafiki:
Şənbə günləri, 09:30–14:00
U Coaching İnstitute olaraq, Təlimçilər üçün Təlim proqramını yeni və fərqli formatda - təlimin marketinqi, maliyyə və hüquqi məqamları da daxil olmaqla, kouçinq tərzində təqdim edirik.
Bu proqram sizə təlimçilik fəlsəfəsi, təlim ehtiyaclarının müəyyən edilməsi, ehtiyaclara uyğun təlim proqramının dizayn edilməsi və keçirilməsi, təlimin təşkili prosesində marketinq, maliyyə və hüquqi tərəflərini öyrədir, təlimçi olaraq təqdimat bacarıqlarınızın inkişafına dəstək olacaq nitq, bədən dili, diksiya mövzularında nəzəri və praktiki öyrənmə mühiti təklif edir. Digər təlim proqramlarından fərqi təlimçiyə lazım olacaq əsas bacarıqların tədrisinin birlikdə olması və proqramın kouçinq tərzində hazırlanmasıdır.
U Coaching TOT Təcrübəsi:
Təlim prosesinin nəticə verməsini asanlaşdıran məqamlardan biri - Təlimin kouçinq tərzində keçirilməsi və marketinqinin olmasıdır.
Təlimlərinizə fərqli baxış bucağı qazandıra bilərsiniz.
Bu təlim kimlər üçündür?
- Öz biliyini gəlirə çevirmək istəyən sahə mütəxəssisləri
- Təlimçilik bacarıqlarını inkişaf etdirmək istəyənlər
- Orta və ali məktəb müəllimləri
- Kouçlar, Mentorlar, Psixoloqlar, Təlimçilər
Niyə bu təlim proqramına qoşulmaq faydalıdır?
Təlim prosesinə kouçinq yanaşması təlimçini yalnız məlumat ötürən rolunda deyil, eyni anda düşündürən, fərqindəlik yaradan, ilhamlandıran və paralel olaraq öyrənən roluna sahib birinə çevirir. Məqsəd sadəcə təlimi keçmək deyil, insanlara təsir etməyi, onların potensialını üzə çıxarmağı və öyrənmə mühitini təcrübəyə çevirməyi öyrətməkdir.
Təlimi uğurla başa vuran iştirakçılar Beynəlxalq Akkreditasiyalı Sertifikat əldə edəcəklər.
Əlavə olaraq, siz təlim prosesində paralel olaraq sizə lazım olacaq hüquqi məsələləri və təlimin marketinqi ilə bağlı vacib məqamları öyrənəcək, təlimçi kimi nitqinizin və bədən dilinizin inkişafına dəstək olacaq nəzəri və praktiki biliklər əldə edərək onları real təlim mühitində tətbiq edə biləcəksiniz.
“Ən çox öyrətməli olduğun şey, əslində özünün ən çox öyrənməyə ehtiyac duyduğundur.”
Beynəlxalq Təlimçilər üçün Təlim – CPD Proqramı 7 noyabr 2026
Təlimin Standart Qiyməti
850 AZN
Erkən Qeydiyyat Qiyməti
(28 oktyabr 2026-dək)
700 AZN
Hissəli ödəniş mümkündür.
Təlimin Başlamasına qalan vaxt
Təlimə yazılmaq üçün formu doldurun:
Proqram sizə nə təklif edir?
Kouçinq tərzində təlimçiliyin tədrisi
Azərbaycan dilində zəngin materiallar, texnika və resurs dəstəyi, təlim sxemləri
Mentorluq, geniş rəy və dəstək auditoriyası
Təlim prosesinin hüquqi, maliyyə tərəflərinin izahı
Təlimçinin nitq, diksiya, bədən dili və xarizmasının inkişafına dəstək
İCF kouçu ilə fərdi kouçinq sessiyası
Peşəkar təlimçi icmasına qoşulmaq
.
Beynəlxalq akkreditasiyalı rəsmi sertifikat
Təlimlərin online satış strategiyalarını praktiki öyrədici dərs
Təlimə nələr daxildir ?
Təlim Proqramı:
Dərs qrafiki:
Şənbə günləri, 09:30–14:00
TOT təlimi və təlimçilik fəaliyyətinə giriş
UCİ Təlimçi Səriştələri Təsnifatı
Təlimçiliyin bugünü və sabahı
Böyüklərin tədris işi (Andraqogika)
Kolb dövrəsi
Təlim ehtiyaclarının öyrənilməsi
Təlim ehtiyacları üzrə data analizi
ADDIE, ABCD modelləri və Bloom taksonomiyası
İBADOV metodu
Kouçinq tərzində təlimçilik
Fasilitasiya və moderasiya bacarıqları
Qrup dinamikasının idarə edilməsi
Təlim Simulyasiya Dərsi I
Təlim metodları
Sifariş üzrə təlim hazırlığı
Təlim materiallarının hazırlanması
Təqdimat bacarıqları
Təlim logistikası, İnklüziv təlim dizaynı və Onlayn/Hibrid Təlim Bacarıqları
Təlim nəticələrinin ölçülməsi
Təlim Simulyasiya Dərsi II
Təlimçilər
Cəfər İbadov
Fəridə Fərəcova
Mümtaz Xəlilzadə
Murad Mammadov