24 saatın əsiriyik demək artıq köhnə yanaşmadır. Zamansızlıq — xətti zamandan azad olmaqdır.
Spiralvari zaman anlayışı — keçmişi, indini və gələcəyi eyni anda qavramaq və idarə etməkdir. Bu, həm də vaxtın idarə olunmasının yeni, master səviyyəsidir.
Planyazma sadə siyahı deyil — 3 mərhələli prosesdir:
Məqsədlər — niyə buradasan? Səbəblərini dəqiq bilmədən heç nə başa düşülmür. Məqsədlər A4 vərəqini doldurmamalı, 2-3 vahid olmalı, biri-birilə harmoniyada olmalıdır.
Hədəflər — nə etmək istəyirsən? Məqsədin yoludur. Məsələn, məqsəd “özünəinam”dırsa, hədəf “ayda 3 kitab oxumaq” ola bilər. Məqsəd və hədəfi qarışdırmaq olmaz!
Tədbirlər — necə icra edəcəksən? Hansı kitabları, nə vaxt oxuyacaqsan? Nə sualına cavabdır.
Nə baş verir ki, planlar pozulur?
Çünki çox vaxt plan havadan yazılır — əsaslandırılmır, niyə və necə suallarına cavab yoxdur. Xarici motivasiya ilə yazılan plan yalnız gözəldir, amma uzunmüddətli deyil.
Planın icrası üçün faydalı 2 yol:
Dostla paslaşmaq — qarşılıqlı hesabat, mükafat-cəza mexanizmi
Mentorun olması — peşəkar nəzarət və istiqamət
Son söz
Plansız həyat — biletsiz səyahət kimidir. Sərnişin deyil, lider ol! Üstün dəyərlərinlə səsləşən plan qur, onu icra et.
Yeni ildə özünə ən gözəl hədiyyəni — aydın, mənalı və icraolunan planını ver.
Planın mübarək olsun!