İşin fəlsəfəsinin üç əsas məqamı var:
Fəlsəfə sənin istiqamətini və viziyanı müəyyən edir;
Səni ixtisaslaşdırır və seçdiyin sahənin peşəkarına çevirir;
Resurslarını üzə çıxarır və səfərbər edir.
Bir deyim var: əsas olan hara və niyə getməyini bilməkdir, necə gedəcəyini həyat özü göstərəcək. İnsan, təbiət iyerarxiyasında zirvədə olsa da, heyvanların, bitkilərin, suyun, havanın və torpağın da məsuliyyətini daşıyır. İnsanın fərqi təkcə dərk etmək deyil, həm də başqalarının ağrı-acısını hiss etməkdir.
Bəşər iyerarxiyasında zirvə olmaq təsadüfi deyil. İşin fəlsəfəsi yalnız özünü təmin etmək deyil; boşluqları görmək və onları aradan qaldırmaqdır. Əgər qarşına problem çıxırsa, deməli, onu həll etmək üçün resurslara maliksən.
Fəlsəfə həm də istiqamətimizi müəyyən edir. Bu istiqaməti tapmaq enerjini, vaxtı və vəsaiti qənaətlə istifadə etməyə imkan verir — insan fəaliyyətinin əsas prinsiplərindən biridir.
İxtisaslaşmaq fəlsəfənin ayrılmaz hissəsidir. Uğurlu iş adamları öz sahələrində ixtisaslaşırlar, bu da onları peşəkar və uğurlu edir. İxtisaslaşma enerjiyə qənaətin gerçəkləşməsidir.
Fəlsəfəni yazmaq ilhamdan yox, xüsusi metod və texnikalardan keçir. Peşəkarlar isə bunu yaxşı bilir və öz fəlsəfələrinə sadiq qalırlar.
Nəhayət, fəlsəfə resurslarını üzə çıxarır. Öz resurslarını bilməyən fəaliyyət dağılmağa məhkumdur. Bəzən prosesin ortasında azdığını hiss etmək normaldır. Unutma: getdiyin yeri unutduqda, gəldiyin yeri xatırla — orası sənin resurs mənbəyindir.
İnformasiya resurs deyil, resurs onu istifadə etmək bacarığıdır. Peşəkarlar bunu yaxşı anlayır və buna görə rahatdırlar.
Əgər hələ öz fəlsəfəni kəşf etməmisənsə, tələs! Zaman nazla oynamır. İstiqamətini və sürətini düzgün müəyyən et, uğura doğru addımla.