Cəfər İbadovla
Onlayn Kouçinq Görüşü
Formu dolduraraq görüşə qatılın.

U Coaching Institue
Kouçinq nədir?
Kouçinq — insanın öz potensialını kəşf etməsi və məqsədlərinə daha səmərəli çatması üçün aparılan professional inkişaf dialoqudur.
Kouç (kouçinqi aparan şəxs) nə müəllimdir, nə mentor, nə də psixoloq. Kouç tövsiyə vermir, problem həll etmir, keçmişə fokuslanmır. Əsas məqsəd müştərinin içində olan cavabları tapmasına kömək etməkdir.
Kouçinq, beynəlxalq ICF (International Coaching Federation) standartlarına görə, belə tərif olunur:
“Kouçinq — müştəri ilə tərəfdaşlıqda aparılan, onu düşünməyə təşviq edən və yaradıcı prosesdir. Bu proses nəticəsində müştəri şəxsi və peşəkar potensialını maksimum dərəcədə reallaşdırır.”
U Coaching Institute
Kouçinqin Mahiyyəti
Kouçinq nə edir?
• İnsanın düşüncə tərzini genişləndirir • Daxili motivasiyanı artırır • Məqsədlərə aydınlıq və fokus gətirir • Qərar verməkdə dəstək olur • Ən əsası, cavabları özü tapması üçün şərait yaradır
Kouç necə işləyir?
Kouç əsasən: • Dərin suallar verir • Aktiv dinləyir • Fərqli perspektivlərə baxmağı təşviq edir • Hərəkət planı qurmağa kömək edir
Kouçinq harada tətbiq olunur?
• Liderlik və menecment sahəsində • Karyera və biznes inkişafında • Komanda performansında • Həyat keyfiyyətinin yüksəldilməsində • Şəxsi münasibətlərdə və qərarvermədə
Kouçinq nə deyil?
• Psixoterapiya deyil • Məsləhət deyil • Təlim deyil • Hazır cavabların təqdimatı deyil • Mentorluq deyil
U Coaching Institute
Xidmət və Təlim Proqramları
Fərdi Kouçinq Proqramları
Feedback
Kouçinqin gücünü onların sözlərindən eşidin
Kouçinq yalnız təlim deyil — dönüşüm yaşadan bir yoldur. İştirakçılarımız danışır…
Fərdi kouçinq seansları mənim üçün tam bir daxili dönüşüm oldu. Əvvəllər qərarsızlıq içində çabaladığım məsələlərdə indi daha aydın düşünə bilirəm. Cəfər müəllimin sualları mənə özümü daha dərindən tanımağa kömək etdi. Artıq qərar alarkən özümə daha çox güvənir, nə istədiyimi dəqiq bilirəm. Bu təkcə iş həyatımda deyil, şəxsi münasibətlərimdə də fərq yaratdı.
Biznes sahəsində uzun müddətdir fəaliyyət göstərirəm, lakin müəyyən durğunluq hiss edirdim. Kouçinq prosesində nəinki iş modelimə yeni baxış bucaqları qazandım, həm də komanda daxilində liderlik üslubumu təkmilləşdirdim. Artıq işçilərimlə daha aydın və empatik ünsiyyət qururam. İş prosesindəki axıcılıq və məhsuldarlıq nəzərəçarpacaq dərəcədə artıb
Təlimdə qazandığım bacarıqlar təkcə bir iş aləti deyil, həyat tərzimin bir parçasına çevrildi. Özümə verdiyim suallar, dinləmə bacarığım və qərarvermə refleksim ciddi şəkildə inkişaf etdi. Təlim prosesində fərdi güclərimi tanımaq və onları necə istifadə edəcəyimi öyrənmək mənə həm şəxsi, həm də peşəkar sahədə dinamizm qazandırdı. Cəfər müəllimin dəstəyi və təlimin strukturu çox peşəkar idi.
Kouçinqə başladığımda həvəsim azalmış, motivasiyamı itirmişdim. Lakin seanslar zamanı özümdə olan, amma unutduğum imkanları və gücü yenidən kəşf etdim. Artıq daha məqsədyönlü və enerjiliyəm. Hər həftə gözlə görünən inkişaf hiss etdim və bu məni fəaliyyətə gətirdi. Bu təcrübə mənə yalnız dəstək yox, həm də həyatımda dönüş yaratdı.