Bizimlə Əlaqə Saxlayın

Edit Template

U Coaching Institute Təsisçisi

CƏFƏR İBADOV
ICF Kouçu və Təlimçi

“Kouçinq mənim üçün sual vermək deyil – insanın daxili gücünü oyatmaqdır.”

Təsisçi

Cəfər İbadov

Cəfər İbadov ixtisasca iqtisadçı, gömrükçü, İqtisad elmləri namizədi, 10+ elmi məqalənin müəllifi, Cənab Prezident tərəfindən “3-cü dərəcəli Vətənə Xidmətə görə” Ordenlə təltif olunan istefada olan polkovnikdir. Müxtəlif dövlət və kommersiya qurumlarında yüksək vəzifələrdə uzun illər fəaliyyət göstərib, 30 illik əmək fəaliyyətinə malikdir. 

İCF üzvü peşəkar kouç olaraq, hal hazırda təlimçi və kouç olaraq, fəaliyyət göstərir. 1000+ nəfərə Liderlik, Fərqindəlik və inkişaf istiqamətində fərqli təlimlər keçib. U Coaching Institute, 3D Klubu, Kouçinq Teatrı, Liderlik Klubunun təsisçisidir.

O, illərlə müşahidə, axtarış və dərin sualların içindən yol taparaq insan potensialının sərhədsizliyinə inanır. Həm fərdi, həm də komandalarla çalışaraq onların daxili gücünü üzə çıxarmağa, özlərini tanımağa və fəaliyyətlərini mənalı şəkildə yönləndirməyə dəstək olur. Onun əsas ixtisaslaşma sahələri biznes kouçinqi, performans dəstəyi və liderlik inkişafıdır. 

Cəfər İbadov kouçinq prosesinə bir yol yoldaşlığı kimi yanaşır. O, “Kouçinqdə mən yox, biz varıq” prinsipi ilə çalışır — hər bir kouçinq sessiyası qarşılıqlı əməkdaşlıq, güvən və dərin partnyorluq münasibəti üzərində qurulur.



FAQ

Haqqımda bəzi suallar

Yolların içindən cığır açan cəsarətli və şən bələdçiyəm.

Dəyərlər bizim inkişaf istiqamətlərimizdir və bu hər zaman yenilənməyə məruz qalır. Prinsiplər isə demək olar ki, dəyişməzdir və mənim bütün fəaliyyətimin qoruyucu xətlərini – keyfiyyət, unikallıq və dərinliyi ehtiva edir.

Mən uzun illər ərzində güc axtarırdım. Bu çox dərin, daxili güc idi. Nəhayət onu kouçinqdə tapdım. Kouçinq insanın gücünü özünə xatırladan peşədir.

Kouçinqin dərin məzmununu dünyaya aça bilmək.

İxtisaslaşmağım biznes və performans kouçluğudur, buna görə də peşəkar fəaliyyətin dəstəklənməsini sevirəm.

Heç vaxt, çünki kouçinqdə mən yox, biz varıq. Kouçinq dərin partyorluqdur.

Kouçinq sahəsi üzrə dərinləşmə, öz dəyərlərimi mütəmadi olaraq təftiş etmək və əlbətdə ki, mütaliə.

5 il sonra təlimçiləri və kouçları yetişdirən, onların yoluna işıq salan biri kimi özümü görürəm. İstəyirəm izim bu cür qalsın: “O, sadəcə öyrətmirdi — insanı özünə xatırladırdı.”

Ən böyük arzum orta məktəblərdə fərqinbdəlik təlimlərinin daxil edilməsi və keyfiyyətlə tədrisidir. Cəmiyyət gələn nəsillərin üzərində bərqərar olur və fərqindəlikli bir nəsil bir millətin parlaq gələcəyi deməkdir. Qlobal bir miqyasda isə bu – bir qədər utopic görsənsə də - daha gözəl dünya deməkdir.

Fərdi Kouçinq Sessiyası
100 +
Təlim və Seminar İştirakçısı
500 +
Korporativ Əməkdaşlıq
0 +
Təlim və seminar
50 +

Təlimçilik fəlsəfəsindən təlim nəticələrinin ölçülməsinə qədər bütün proseslərlə bərabər təlimin marketinqi, maliyyə və hüquqi tərəflərinin və təlimçinin nitq, diksiya, bədən dilinin inkişafına dəstək olan tədris proqramı.

Başlanma tarixi: 7 fevral 2026

U  Dönüşünüzdə Partnyor Bələdçiniz.


© 2026 U Coaching Institute |  Bütün hüquqlar Qorunur | Hazırladı: NaheedPix

error: Bu məzmun qorunur və icazəsiz istifadəsi qadağandır!!!