Bizimlə Əlaqə Saxlayın

Edit Template

3D KLUBU NƏDİR?

3D — Düşüncə, Duyğu və Davranış deməkdir. Bu üç element insan təlimində və inkişafında bir yerdə vəhdət təşkil edir.

1D və 2D Təlim nədir?   

1D təlim — sadəcə davranışa yönəlib (məsələn, zaman idarəetməsi, nitq texnikaları).

2D təlim — düşüncə yanaşması əlavə olunub, yəni nə etdiyimizi və niyə etdiyimizi anlamaya çalışır.

3D təlim isə bu ikisinə duyğunu da qatır — yəni həm nə etdiyini, həm necə düşündüyünü, həm də hansı duyğularla hərəkət etdiyini dərk etməyi öyrədir.

Niyə 3D vacibdir?
Çox təlimçi yalnız 1D və ya 2D səviyyəsində təlim verir. Bu, informasiyanın səthi mənimsənilməsinə səbəb olur və zamanla biliklər unudulur. 3D yanaşması ilə təlimlər dərinləşir, mənimsəmə və tətbiq daha effektiv olur.

3D Klubunun mənası nədir?
3D Klubu — bir təşkilat və ya sosial şəbəkə deyil, düşüncə, duyğu və davranışın harmoniyada işlədiyi təbii sistemdir. Hər birimizin daxilində mövcuddur və həyatımızın bütün sahələrini əhatə edir.

3D və daxili motivasiya
3D Klubu sayəsində daxili motivasiya doğur, çünki düşüncə, duyğu və davranış elementləri sinergetik şəkildə fəaliyyət göstərir. Xarici motivasiya müvəqqəti olsa da, 3D mexanizmi uzunmüddətli güc verir.

Dinləmək və 3D
Dinləmək də 3D-dir:

Eşitmək — sadəcə sözləri qəbul etmək

Hiss etmək — danışanın duyğularını anlamaq

Duymaq — ruhən, düşüncən və ürəyinlə dinləmək

Son söz
3D Klubu bizim varoluşumuzun əsas sistemidir. Limitləşdirici düşüncələr və aşağı emosional intellekt bu sistemi zəiflədə bilər. Amma 3D sistemini gücləndirməklə özümüzü inkişaf etdirə, həyatda daha balanslı və motivasiyalı ola bilərik.

Əvvəlki Məqalə
Sonrakı Məqalə

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

U Coaching Institute

Biz insan potensialının reallaşması, əlaqələrin dərinləşməsi və öyrənmənin yaradıcı yollarla təşviq olunması üçün fəaliyyət göstəririk. Təlim, kouçinq, sənət və icma ruhunu bir araya gətirərək həm fərdi, həm də təşkilati inkişafı dəstəkləyirik

Təlimlər

Ən Son Məqalələr

  • All Post
  • Həqiqət və İlluziya
  • İş və Karyera
  • Kouçinq
  • Şəxsi İnkişaf

İş Həyatında Daxili Liderliyi Kəşf Edin!

İş Həyatında Kouçinq Tərzi ilə Yeni Liderlik Modeli

Kouçinq fəlsəfəsini öyrən, özünü kəşf et və həyatına liderlik et. Artıq gözləmə – dəyişiklik səninlə başlayır.

Tarix: 31 avqust 2025 | Saat: 10:00

U  Dönüşünüzdə Partnyor Bələdçiniz.

Şirkət

Kouçinq Xidmətləri

Keçidlər

Kouçluq Teatrı

Hüquqi Məlumatlar

Məxfilik Siyasəti

İstifadə Şərtləri

Hüquqi Qeyd


© 2025 U Coaching Institute |  Bütün hüquqlar Qorunur | Hazırladı: NaheedPix